Bir neçə çimərlikdən istifadə qadağan edildi
Bakı şəhəri ərazisində yerləşən çimərliklərin yay mövsümünə hazırlıq vəziyyətinə və çimərlik ərazilərində dəniz suyunun keyfiyyət göstəricilərinə nəzarət məqsədi ilə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən laboratoriya tədqiqat üsullarının tətbiqi ilə müayinələr və araşdırmalar aparılıb.
Lent.az-ın Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, aparılmış araşdırmalar göstərib ki, Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil çimərliklərinin sanitariya mühafizə zolaqlarında dəniz suyunun intensiv çirklənməsi halları hələ də davam etməkdədir.
Şıx çimərliyinin sanitariya-mühafizə zolağına Bibiheybət, Badamdar, 20-ci sahə yaşayış ərazilərindən və Lökbatan qəsəbəsi istiqamətində təsərrüfat-məişət çirkab suları, Sahil çimərliyinin mühafizə zolağına isə, Sahil təmizləyici qurğular stansiyasında təmir və yenidənqurma işləri başa çatdırılmadığından, tam təmizlənməmiş çirkab suları axıdılır. Aparılmış laboratoriya müayinələrinin nəticələrinə görə göstərilən çimərliklərin ərazilərində dəniz suyunun bakterioloji çirklənmə göstəricilərinin də normadan yüksək olduğu aşkar edilib.
Mövcud vəziyyətin əhalinin sağlamlığı üçün ciddi təhlükə törətdiyini, əhali arasında yoluxucu xəstəliklərin baş verməsi və yayılması təhlükəsini nəzərə alaraq, “Sanitariya-Epidemioloji Salamatlıq haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən, Azərbaycan Respublikası Baş dövlət sanitariya həkiminin müavini tərəfindən Səbail rayonunun Şıx çimərliyinin, Qaradağ rayonun Sahil çimərliyinin və göstərilən ərazilərin qeyri-qanuni çimərlik sahələrinin çimərlik kimi istifadəsinin qadağan edilməsi barədə qərar çıxarılıb.
Qəbul edilmiş qərarın icrasına köməklik göstərilməsi üçün Bakı şəhəri İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Bakı şəhəri Baş Polis İdarəsinə müvafiq məktublar göndərilib.
Qeyd edək ki, iyunun 7-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən modul tipli təmizləyici qurğular quraşdırılmış qəsəbələrin sahil zolağında aparılan son tədqiqatların nəticələri açıqlanıb. Nazirlik bildirib ki. Sumqayıt, Sahil qəsəbəsinin “Sahil” və “Şıx” çimərlikləri çimərlik kimi istifadəyə yararsızdır. Səhiyyə Nazirliyi isə məsələni rəsmiləşdirdi.

659