Nazir: “Xaricdə hazırlanan və emal olunmayan su istifadə edilməyəcək”
2012-ci ilədək xaricdə istehsal olunan emal olunmamış suyun Azərbaycanda istifadəsi yox səviyyəsinə qədər azaldılacaq.
Lent.az-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib.
Ekologiyaya həsr olunmuş Ombudsmanların VIII Bakı Beynəlxalq Konfransında çıxış edən nazir bildirib: “2012-ci ilə qədər Azərbaycanda xaricdə hazırlanan, xam, emal olunmayan sudan istifadə edən insanlar qalmayacaq”.
Hüseynqulu Bağırov söyləyib ki, bu tip sulardan istifadəni aradan qaldırmaq üçün xüsusi proqram həyata keçirilir. Son 24 ayda 122 kəndə Kür-Araz çayı boyunca sutəmizləyici qurğular quraşdırılıb və ilin sonuna qədər daha 62 kəndə belə qurğulardan istifadə olunacaq. Nəticədə hazırda təmiz içməli sudan istifadə edən 225 min əhalinin sayı 400 minə qaldırılacaq.
Vüqar Baba

406