Nazir: “Fəlakət zonasındakı profilaktik tədbirlər nəzarətim altındadır”
17 iyun 2010 14:00 (UTC +04:00)

Nazir: “Fəlakət zonasındakı profilaktik tədbirlər nəzarətim altındadır”

“Su basan ərazilərdə xəstəliklər, xüsusilə də malyariyanın qeydə alınması barədə mətbuatda yayılan məlumatlar yanlışdır. Bu məlumatların heç bir əsası yoxdur”.

APA-nın məlumatına görə, bunu Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev Kürdə baş verən daşqınlardan zərər çəkən rayonlarda infeksion xəstəliklərin qeydə alınması barədə yayılan məlumatlara münasibət bildirərkən deyib. Nazir deyib ki, indiyədək su basan ərazilərdə malyariya ilə bağlı fakt qeydə alınmayıb.

O. Şirəliyevin sözlərinə görə, nəinki subasan ərazilərdə, eləcə də respublikanın digər bölgələrində yay mövsümündə yoluxucu xəstəliklərin artması danılmazdır. Amma bunun baş verməməsi üçün Səhiyyə Nazirliyi daim tədbirlər görür: “Eyni zamanda, təbii fəlakət zonasında dezinfeksiya işləri aparır. Fəlakət zonasında aparılan profilaktik tədbirlərə şəxsən öz nəzarətim altındadır”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 381

Oxşar yazılar