Daha 25 mağazada 520 kq yararsız məhsul aşkarlandı - SİYAHI
16 iyun 2010 19:00 (UTC +04:00)

Daha 25 mağazada 520 kq yararsız məhsul aşkarlandı - SİYAHI

3 şəhərdə və 6 rayonda vaxtı ötmüş məhsullar satışdan çıxarılıb


İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin ticarət mərkəzlərində apardığı monitorinqlərin nəticəsini açıqlayıb. Bu dəfə yoxlamalar Bakı və Gəncə şəhərlərini, eləcə də Şəki, Daşkəsən, Qazax, Ağstafa, Qusar və Füzuli rayonlarını əhatə edib.


Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, monitorinq zamanı 23 mağazanın hər birində istifadə müddəti ötmüş yararsız məhsullar aşkarlanıb. Mağazaların böyük əksəriyyəti yenə də paytaxt Bakının payına düşür. Həmin mağazaları bunlardır:


Bakının Səbail rayonunda
- Nizami küçəsi, ev 68 ünvanında yerləşən “İzmir” restoranında;


Binəqədi rayonunda
- Ə.Naxçıvani küçəsi, ev 36 ünvanında Etibar Salahova məxsus mağazada;
- Ə.Naxçivani küçəsi, ev 4B ünvanında yerləşən “Sizin market”də;
- Ə.Naxçıvani küçəsi, 6 ünvanında yerləşən “Midi market”də;


Yasamal rayonunda
- İ.Qutqaşınlı küçəsi, ev 30 ünvanında yerləşən “Ev mart supermaket”də;
- Z.Xəlilov küçəsi, 523-cü məhəllədə “Aydın” firmasına məxsus mağazada;
- N.Nərimanov prospekti, ev 201 ünvanında yerləşən “Həyət market”də;


Nərimanov rayonunda
- Ə.Rəcəbli prospektində, ev 38A ünvanında yerləşən “Şəki” restoranında;


Xəzər rayonunda
- Şüvəlan qəsəbəsi, L.Starçuk küçəsi, 11 ünvanında yerləşən “Bizim market”də;
- L.Starçuk küçəsi, 18 ünvanında Ummahanı Əmirovaya məxsus mağazada;
- L.Starçuk küçəsində Məmmədqasım Qasımova məxsus mağazada;
- Binə qəsəbəsi, Binə-Sovxoz yolunda yerləşən “Priz market”də;


Suraxanı rayonu
- Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 4, mənzil 16 ünvanında Altay Baloğlanova məxsus mağazada;
- Əmircan qəsəbəsi, 4-cü mədən, ev 4 ünvanında yerləşən “Suraxanı market”də;
- Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi, 17B ünvanında Kamran Şabanova məxsus mağazada;


Nəsimi rayonunda
- N.Yusifbəyli prospekti, ev 70 ünvanında Qaçay Muradova məxsus mağazada;


Qusar rayonunda
- Hil kəndində Malik Laçınova məxsus mağazada;


Şəki şəhərində
- N.Nərimanov küçəsində Natiq Hidayətova məxsus mağazada;


Daşkəsən şəhərində
- T.İsmayılov küçəsində yerləşən “Bəhruz market”də;
- T.İsmayılov küçəsi, bina 36 ünvanında Elmira Orucovaya məxsus mağazada;


Qazax şəhərində
- N.Nərimanov qəsəbəsində Etibar Osmanova məxsus mağazada;


Ağstafa şəhərində
- M.Ə.Rəsulzadə küçəsi, 96 ünvanında yerləşən “Fərid market”də;


Gəncə şəhərində
- İsrafilbəyov küçəsində Arzu Məclumova məxsus mağazada;
- H.Əliyev prospektində yerləşən “Luna market”də;


Füzuli rayonunda
- Araz Yağlıvənd kəndində Aydın Balaşova məxsus mağazada.


Monitorinq zamanı ümumi çəkisi 520 kiloqram olan saxlama müddəti ötmüş və etiketlənməsi normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq məhsulları satışdan çıxarılıb. Kolbasa məmulatları, makaron və un məmulatları, süd və süd məhsulları, qənnadı məmulatları, bal, yağlar, konservləşdirilmiş məhsullar, quru meyvələr, pivə, mineral sular, sərinləşdirici içkilər, şirələr, uşaq yeməkləri və digər məhsullardan ibarət saxta məhsulların hamısı məhv edilib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 674

Oxşar yazılar