47 növ məhsulun istehsalı və satışı qadağan edilib
16 iyun 2010 14:30 (UTC +04:00)

47 növ məhsulun istehsalı və satışı qadağan edilib

1255 müəssisəyə 2319 sertifikat verilib


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Ərazi Dövlət Nəzarəti İdarələri cari ilin ilk 5 ayı ərzində 746 təsərrüfat subyektində dövlət nəzarəti tədbirləri həyata keçirib.

Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, bunlardan 353-ü 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin payına düşür.


Nəzarət tədbirləri nəticəsində ümumi dəyəri 211,5 min manat olan məhsulun normativ sənədin tələblərinə uyğun olmadığı müəyyən olunub. Nöqsan aşkar olunmuş müəssisələrə 119 iradnamə, istehsal və ya satışın qadağan olunması barədə 47 tələbnamə verilib, 43,5 min manat cərimə tətbiq edilib.

Ötən 5 ay ərzində Komitənin Ərazi Sınaq və Sertifikatlaşdırma İdarələri tərəfindən 1255 müəssisəyə 2319 sertifikat verilib. Bunlardan 1180-i istehsal, 1059-u idxal, 80-i isə məhsul partiyasına verilmiş sertifikatlardır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 517

Oxşar yazılar