Bakı İslam Universitetinə sənəd qəbulunun vaxtı uzadıldı
16 iyun 2010 12:30 (UTC +04:00)

Bakı İslam Universitetinə sənəd qəbulunun vaxtı uzadıldı

Bakı İslam Universitetində "Dinşünaslıq" ixtisası üzrə təhsil almaq istəyən abituriyentlərin qeydiyyatı iyunun 20-dək uzadılıb.


Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müsabiqəyə sənəd qəbulu iyunun 15-də başa çatdırılması nəzərdə tutulurdu. Ancaq Nazirlər Kabinetinin qərarı ilə son 3 gün qeyri-iş günü sayıldığından TQDK sənəd qəbulunun vaxtını uzatmaq qərarına gəlib.


Müsabiqədə ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün “Elektron ərizə”sini təsdiq etdirmiş abituriyentlər iştirak edə bilərlər. Bunun üçün abituriyentlər Bakı İslam Universitetində təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün abituriyentlərdən şəxsiyyəti təsdiq edən sənədin əslini, sağlamlıq haqqında arayış, 4 ədəd 3x4 ölçüdə fotoşəkil, təsdiq olunmuş elektron ərizənin surəti tələb olunur.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 434

Oxşar yazılar