Qərb bölgəsində dini ədəbiyyat satan 10 mağaza qeydiyyat üçün sənəd təqdim edib
02 iyun 2010 12:00 (UTC +04:00)

Qərb bölgəsində dini ədəbiyyat satan 10 mağaza qeydiyyat üçün sənəd təqdim edib

Qadağan olunmuş dini ədəbiyyatların satılmaması üçün nəzarət gücləndirilib
Qərb bölgəsində dini ədəbiyyatların əsasən səyyar şəkildə satılması həmin kitablara nəzarətin aparılmasına çətinlik yaradır. Ancaq buna baxmayaraq qadağan olunmuş dini ədəbiyyatların satılmaması üçün nəzarət güclüdür. Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin qərb bölgəsi üzrə nümayəndəsi Firdovsi Kərimov bildirib. Onun sözlərinə görə, bölgədə fəaliyyət göstərən dini mağazalar da qeydiyyata alınacaq. Artıq Gəncə şəhəri üzrə 6, Goranboy, Gədəbəy, Tovuz və Şəmkir rayonları üzrə isə ümumilikdə 4 satış obyektinin sənədləri Komitəyə təqdim olunub. Hazırda dini ədəbiyyat satışını həyata keçirən obyektlərin sayı 10-dan artıqdır.

Qeydiyyatdan keçməyən obyektlərin fəaliyyətinə xitam veriləcək.

Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 505

Oxşar yazılar