İş axtaranlara müjdə
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni müsabiqə elan edib.
Komissiyadan Lent.az-a verilən məlumata görə, iki mərhələdən ibarət müsabiqə sentyabrın 1-dən başlayır. Müsabiqə 11 dövlət orqanında inzibati vəzifələrin altıncı - doqquzuncu təsnifatlarına uyğun 67 dövlət qulluğu vəzifələrinin tutulması üçündür. Vakant dövlət qulluğu vəzifələrindən 32-si müsabiqəyə, 35-i isə müsahibəyə çıxarılır.
Müsabiqəyə çıxarılan vakant vəzifələrdən 22-si inzibati vəzifələrin altıncı təsnifatına, 9-u inzibati vəzifələrin yeddinci təsnifatına, 1-i isə inzibati vəzifələrin doqquzuncu təsnifatına aiddir. Müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən – test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan vətəndaşı müsabiqədə iştirak edə bilər.
Müsabiqənin test imtahanı zamanı namizədlərin aşağıda qeyd olunan sahələr üzrə bilikləri yoxlanılacaq:
1. Dünyagörüşü-dünyanın, əsasən də Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir beynəlxalq münasibətləri sahəsində;
2. Qanunvericilik sahəsində;
3. İnformasiya texnologiyaları sahəsində;
4. Məntiqi düşünmə qabiliyyəti sahəsində.
İmtahana hazırlaşmaq üçün ətraflı məlumat, Komissiyanın test tapşırıqlarının hazırlanması üçün tərtib etdiyi ümumiləşdirilmiş proqramlar və metodiki vəsait Komissiyanın rəsmi internet saytında yerləşdirilib. Müsabiqədə iştirak etmək arzusunda olanlar sənədlərini 30 gün, müsahibədə iştirak etmək arzusunda olanlar isə 20 gün müddətində Komissiyaya şəxsən və ya poçtla təqdim etməlidirlər.
Elxan SALAHOV

Oxşar yazılar

Xaricdə təhsillə bağlı-XƏBƏRDARLIQ
24 avqust 2025 , 11:36
Vanqadan 2026-cı il üçün qorxulu PROQNOZ: çətin ki, kimsə bəyənsin
23 avqust 2025 , 20:15
Bu 3 BÜRCÜN həyatı tezliklə dəyişəcək: kim daha şanslı olacaq
23 avqust 2025 , 18:58
Sabah hava meteohəssas insanlar üçün necə olacaq?
23 avqust 2025 , 18:39
İstənilən ayın bu günlərində doğulanları sevindirən XƏBƏR: maliyyə uğuruna məhkumsunuz
23 avqust 2025 , 17:53
Heç kimin təxmin etmədiyi milyarderlərin şok şıltaqlıqları
23 avqust 2025 , 16:40
Ombudsmandan uşaqlarla bağlı paylaşım edənlərə MÜRACİƏT
23 avqust 2025 , 16:22