Gələcəkdə yüksək pensiya təminatı üçün nə etməli?
Hər bir vətəndaş işlədiyi müəssisənin sosial-sığorta ödənişlərindən yayınmaqla, birbaşa onun gələcəyini təhlükə altına qoyduğunu bilməlidir
Azərbaycan vətəndaşının pensiyasının əhəmiyyətli hissəsi məhz bu gün ödədiyi sığorta haqlarının məbləğindən birbaşa asılıdır. Belə ki, hər bir vətəndaş sağlam, gənc, əmək qabiliyyətli dövründə ödədiklərini daha sonra pensiya şəklində geri alacaq və bu, dünyada mövcud olan ədalətli pensiya sistemidir.
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətinin rəhbəri Elman Babayev Lent.az-a bildirib ki, Azərbaycanda sosial sığorta anlayışı nisbətən yenidir. Bu baxımdan qeyd olunan istiqamətdə vətəndaşların maariflənməsi istiqamətində DSMF tərəfindən lazımi tədbirlər həyata keçirilir. Nəticədə Fondun fərdi uçot sistemində qeydiyyata düşən vətəndaşların sayı artmaqdadır: “Cari ilin birinci rübündə Dövlət Sosial Müdafiə Fondu tərəfindən əlavə olaraq 42 059 sığortaolunana fərdi şəxsi hesab açılıb və bu il aprelin 1-nə olan statistikaya əsasən, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1 681 988 nəfərə çatıb”.
Bununla belə, keçirilən araşdırmalar və ictimai sorğular da belə deməyə əsas verir ki, indiyədək sosial sığorta və onun mahiyyəti barədə məlumatı olmayan kifayət qədər insan qalmaqdadır. Lakin sosial-sığorta haqlarının ödənilməsindən yayınma hallarının aradan qaldırılması üçün vətəndaşların onun əhəmiyyətini tam anlaması vacibdir. Vətəndaşların işlədiyi müəssisədə sosial-sığorta haqlarının ödənib-ödənilməməsi ilə maraqlanması və bu ödənişlərin həyata keçirilməsi üçün təşəbbüs göstərməsi olduqca mühüm məsələdir: “Bu məsələnin yalnız inzibati yolla tənzimlənməsini gözləmək düzgün deyil. Vətəndaşların özlərində təşəbbüskarlıq olmalıdır”.
Elman Babayev bildirib ki, Azərbaycanda nüfuzlu beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilən və keçid ölkələri üçün bir örnək kimi təqdim olunan sığorta-pensiya sistemi qurulub. İndi vətəndaşlar bu sistemdə iştiraka qoşulmalı, gələcək pensiya təminatlarında aktiv rol oynamalıdırlar. Sektor müdiri deyib ki, bu gün bir sıra özəl müəssisələr əməkdaşlarının rəsmi qeydiyyatını aparmamağa və ya qeydiyyata alınmış əməkdaşların əmək haqqının aşağı göstərilməsinə meyillidirlər: “Açığı vətəndaşlarımızın bir qismi hesab edir ki, bu, yalnız bir sıra dövlət qurumlarının problemidir. Lakin hər bir vətəndaş işlədiyi müəssisənin sosial-sığorta ödənişlərindən yayınmaqla, birbaşa onun gələcəyini, ahıl dövrünün sosial təminatını təhlükə altına qoyduğunu bilməlidir. Yalnız bu halda cəmiyyət sosial-sığorta ödəmələrinin həyata keçirilməsində ciddi rol oynaya bilər”.
Fond rəsmisi vurğulayıb ki, hər bir çalışan şəxsin üzərinə düşən vəzifələri qısaca olaraq aşağıdakı kimi qruplaşdırmaq olar: “Birincisi, əmək müqaviləsinin imzalanmasını tələb etmək və əmək müqaviləsi tərtib edilərkən işəgötürən tərəfindən dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsinin dəqiq göstərilməsinə çalışmaq. İkincisi, alınan əmək haqqının tam məbləğdə əmək haqqı cədvəlində göstərilməsinə çalışmaq. Üçüncüsü, işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqlarının tam miqdarda ödənilməsində şəxsən maraqlı olmaq”.
Elxan SALAHOV

590