Con Hopkins Universitetində “Azərbaycan günü” keçirilib
Leyla Məmmədli Azərbaycan həqiqətlərindən danışıb, milli geyimdə rəqslərimizi ifa edib
ABŞ-ın Con Hopkins Universitetinin Bolonya mərkəzində görkəmli ictimai-siyasi xadim Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə tədbir təşkil olunub.
Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, “Azərbaycan günü” mərasimi Universitetdə təhsil alan ilk azərbaycanlı xanım Leyla Məmmədlinin təşəbbüsü ilə keçirilib.
Con Hopkins Universitetinin İtaliyanın Bolonya şəhərində yerləşən mərkəzində təşkil olunmuş təqdimat mərasimində universitetin Bolonya mərkəzinin rektoru doktor Keller, müəllim və professor heyəti, dünyanın 60 ölkəsini təmsil edən 90-dək tələbə, Azərbaycan Respublikasının İtaliyadakı səfirliyinin əməkdaşları, ARDNŞ Baş ofisinin “Kadrların hazırlanması” şöbəsinin mütəxəssisləri iştirak ediblər.
Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan və 4 saat davam edən tədbirdə Universitetdə “Beyxəlxalq münasibətlər və beynəlxalq iqtisadiyyat” ixtisası üzrə təhsil alan ARDNŞ təqaüdçüsü Leyla Məmmədli təqdimatla çıxış edib. O, Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatı, dövlət quruculuğu, Azərbaycanın beynəlxalq aləmdə mövqeyi və xarici siyasəti, Ermənistanın Azərbaycana təcavüzü və Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin enerji siyasəti və ARDNŞ-nin fəaliyyət istiqamətləri haqqında iştirakçılara məlumat verib. Daha sonra tələbə və müəllimlərin sualları cavablandırılıb.
Rəsmi təqdimatdan sonra tədbirin qeyri-rəsmi hissəsində Leyla Məmmədli iştirakçılar qarşısında milli geyimdə Azərbaycan rəqslərini ifa edib və bu, alqışlarla qarşılanıb. Çay süfrəsi ətrafında tədbir iştirakçıları Azərbaycanın milli şirniyyatlarına da qonaq ediliblər. Qonaqlara üzərində Azərbaycanın və SOCAR-ın rəmzləri olan xatirə hədiyyələrinin paylanıb. “Azərbaycan Günü” Universitet auditoriyasının böyük marağına səbəb olub, Universitetdə təhsil alan tələbələr ARDNŞ-də işləmək imkanları ilə də maraqlanıblar.

575