Üç min jurnalistin fəaliyyəti yasaqlanıb
Söz, mətbuat və fikri azadlığına ən sayğısız hakimiyyətlərdən biri İrandakı teokratik rejimdir. Odur ki, dünyanın bu sahədə çalışan çeşidli qurumları ölkə rəhbərliyinə müraciət edir, belə qanun pozuntuların qarşısının alınmasını istəyirlər.
Lent.az-ın «savalansesi»-inə istinadən yaydığı məlumata əsasən, Səhrədsiz Reportyorlar Birliyi mayın 8-də edam olunmuş siyasilər və həbsdə olan güney azərbaycanllı jurnalist Səid Mətinpurla bağlı bəyanat yayıb. Sənəddə həsbdə olan jurnalistin durumundan rahatsızılq vurğulanıb.
Xatırladaq ki, S.Mətinpur Azərbaycan türklərinin milli –mədəni haqları, tarixi, ədəbiyyatı ilə bağlı yazılarına görə, «İranın təhlükəsizliyinə xələl gətirir» ittihamı ilə 8 il azadlıqdan məhrum edilib.
Səid Mətinpur və həbsdəki başqa KİV təmsilçilərinin zindanda xəstəlikdən əziyyət çəkdikləri qeyd olunub. Bəyanatda bildirilib ki, İran təhlükəsizlik orqanları və İnqilab Keşikiçiləri Qvardiyası onların xəstəxanya köçürülməsini əngəlləyir.
Qurum ölkənin ali rəhbəri ayətulla Xamneyi və prezident Mahmud Əhmədinijatı «mətbuatın düşməni» adlandırıb : «Bu iki şəxs və onların tabeliyində olanlar ölkəni jurnalistlərin həbsxanasına çevirərək, vətəndaşların informasiya almaq hüququnu tapdayır».
Bəyanatda o, da bildirilib ki, 2009-cu ilin yayında keçirilmiş prezident seçkisindən sonra 20 mətbuat orqanı qapadılıb, 3000 nəfər KİV nümayəndəsinin fəaliyyəti yasaqlanıb.
Sədrəddin Soltan

513