UNİSEF-in nümayəndələri Bakıda səfərdədir
Nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi naziri ilçə görüşüb
BMT-nin Uşaq Fondunun (UNİSEF) Mərkəzi və Şərqi Avropa, Müstəqil Dövlətlər Birliyi ölkələri üzrə regional direktoru Stiven Allen Bakıya səfəri çərçivəsində bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olub. Rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə nazirliyə gələn direktoru nazir Fizuli Ələkbərovla görüşüb.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Elnur Kələntərli Lent.az-a bildirib ki, qəbul zamanı nümayəndə heyətinə Azərbaycanında gedən sosial-iqtisadi proseslər, böhran şəraitində ölkəmizin makroiqtisadi göstəriciləri, sosial proqramlar barədə ətraflı məlumat verilib. Görüşdə Azərbaycanda uşaqlara, o cümlədən xüsusi qayğıya ehtiyac duyan uşaqlara göstərilən dövlət qayğısından da danışılıb. Nazir Füzuli Ələkbərov dövlət müəssisələrində yaşayan və təhsil alan uşaqların hərtərəfli qayğı ilə əhatə olunduğunu, internat evlərində normal yaşayış şəraitinin yaradıldığını qonaqların diqqətinə çatdırıb.
Uşaqların dövlət müəssisələrinə verilməsi hallarının qarşısının alınması və həmin müəssisələrdə yaşayan uşaqların öz valideynləri və ya himayədar ailələri ilə reinteqrasiyası və deinstitusionalizasiyası prosesinin dəstəklənməsindən danışan nazir alternativ qayğı modellərinin yaradılması istiqamətində ciddi tədbirlərin görüldüyünü deyib. Onun sözlərinə görə, bu məqsədə çatmaq üçün dövlət başçısı tərəfindən 2006-cı ilin mart ayında 2006-2015-ci illəri əhatə edən Dövlət Proqramı imzalanıb. Həmin proqrama uyğun olaraq, uşaqların müdafiəsi istiqamətində ayrı-ayrı hökumət strukturlarının əlaqəli fəaliyyəti şəraitində milli islahatlar aparılır. Nazir UNİSEF-in ölkəmizdə uşaqların müdafiəsi ilə bağlı 2011-2015-ci illər üçün yeni Ölkə Proqramı çərçivəsində əməkdaşlığını da yüksək qiymətləndirib.
Stiven Allen isə uşaqların müdafiəsi, onlara qayğı göstərilməsi məsələlərinin həllində hökumət qurumlarının birgə əlaqəli fəaliyyətinin vacibliyini qeyd edib. O, bildirib ki, Azərbaycanda uşaqların müdafiəsi istiqamətində həyata keçirilən təşəbbüslərin, layihələrin davamlı olması UNİSEF tərəfindən razılıqla qarşılanır və bu, yeni Ölkə Proqramı çərçivəsində əməkdaşlığın uğurlu davamı üçün müsbət haldır.
Elxan SALAHOV

557