Şimal rayonlarından təbii fəlakət zonasına yardım göndərilib
Azərbaycanın şimal bölgəsindən təbii fəlakətdən ziyan çəkən aran rayonlarına yardım göndərilib. Xaçmaz rayon icra hakimiyyətinin birinci müavini Akif Mərdanov Lent.az-a bildirib ki, aran rayonlarına 20 maşın beton piltələr göndərilib. Daha 15 maşın beton piltənin göndərilməsi planlaşdırılır. Akif Mərdanov Kürün yaratdığı fəsadları aradan qaldırmaq üçün Xaçmaz rayonundan həmin əraziyə bir ədəd texnikanın da göndərildiyini bildirib.
Şabran rayon İcra Hakimiyyətində də təbii fəlakətdən ziyan çəkən ərazilərə yardım göndərilib. Ümumilikdə həmin ərazilərə 20 maşın beton plitələr göndərilib. Rayon İcra hakimiyyətinin birinci müavini Mehdi Balabəyov Kür sularının yardığı bəndlərin bərpası üçün həmin rayonlara yenidən yardım göndəriləcəyini dedi.

471