“Biz İrandan çoxlu tələbələrin gəlib burada oxumasında maraqlı deyilik”
Misir Mərdanovun fikrincə, ATU-da tələbələrin hazırlığından dünyada razıdırlar
“İran hökumətinin Azərbaycan Tibb Universitetinin diplomlarını tanımaması ilə bağlı məlumatla dünən mətbuatdan tanış olmuşam. Dərhal universitetin rektoru ilə əlaqə saxlayıb məsələnin mahiyyətini öyrənməyə çalışdım”.
Lent.az-ın məlumatına görə, təhsil naziri Misir Mərdanov İranın Azərbaycan Tibb Universitetinin diplomlarını tanınmamasına münasibət bildirərkən belə deyib: “Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov mənə dedi ki, İranın səhiyyə nazirinin müavini bir müddət əvvəl Bakıda səfərdə olub. Onlar bu məsələni həmin səfəri zamanı qaldırıblar. Amma məsələnin detalları ilə mənim dəqiq məlumatım yoxdur”.
Misir Mərdanov deyib ki, Azərbaycan tərəfi İrandan çoxlu sayda tələbələrin gəlib burada təhsil almasında o qədər də maraqlı deyil. Onun sözlərinə görə, xarici ölkələrdən gəlib Azərbaycanda ali təhsil almaq istəyənlərin sayı günbəgün artmaqdadır: “Yəni bizim bu barədə ciddi problemimiz yoxdur. Gəlib oxuyarlar, çox yaxşı. Gəlməzlər, özləri bilər”.
Azərbaycanda tibbi təhsil almış mütəxəssislərin əldə etdiyi diplomla İranda işləyə bilib-bilməyəcəyinə gəlincə, təhsil naziri Azərbaycanın bu məsələdə də problemi yoxdur. Onun sözlərinə görə, Təhsil Nazirliyi Almaniyanın DAAD təşkilatı ilə imzaladığı sənədə əsasən, Almaniya hökuməti hər il Azərbaycanın gənc mütəxəssislərini öz ölkələrində təhsil almağa aparır. Bunun üçün hər il müsabiqə elan olunur və namizədlər seçim yolu ilə müəyyənləşdirilir.
“Almaniyada təhsil üçün prioritetləri biz müəyyənləşdirmişik və əlbəttə ki, tibbi ixtisaslarına daha çox önəm veririk. Keçən il də, bu il də Almaniyadan gələn tibb mütəxəssisləri Azərbaycan Tibb Universitetinin tələbələrinin biliyini çox yüksək qiymətləndiriblər. Hətta onlardan birini Berlində ən nüfuzlu xəstəxanada həkim kimi işə götürmək istədiklərini dedilər. Əlbəttə ki, belə tələbələrin sayı çox deyil, ola da bilməz. Ancaq Azərbaycan Tibb Universitetində təhsil alan tələbələrin hazırlığından bütövlükdə dünyada razıdırlar. Hazırda bizim Ərəbistanda çoxsaylı mütəxəssislərimiz işləyir” – deyə, Misir Mərdanov əlavə edib.
Elxan SALAHOV

488