Kimyaçılara gündəlik süd və süd məhsulları verilməyə başlandı
ARDNŞ-nin struktur tərkibinə daxil olduqdan sonra “Azərikimya” İstehsal Birliyində əməkçilərin sosial-məişət şəraitində ciddi dönüş yaradılmağa başlanılıb.
Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, qısa müddət ərzində “Azərikimya”da çalışanların orta aylıq əmək haqqı 216,3 manatdan (aprel ayında) 352,8 manata (iyul) yüksəlib.
Bu isə son 4 ayda əmək haqqının 63,1 faiz artması deməkdir. Fəhlələrin aylıq maaşı daha çox – 66,1 faiz artırılaraq 192,5 manatdan 319,7 manata çatdırılıb. Birlikdə çalışan mütəxəssislərin fərdi kompüterlə təmin olunması isə işçilərin əməyini yüngülləşdirib, onların informasiya texnologiyalarından yararlanmasına, vəzifə funksiyalarını operativ və keyfiyyətlə yerinə yetirməsinə, işin səmərəliliyinin artmasına səbəb olub.
İstehsalatda çalışan bütün işçilər ilk növbədə qoruyucu dəbilqə, xüsusi dizayna malik münasib iş paltarı və ayaqqabılarla təmin edilib, iş yerlərindəki xidmət meydançaları və s. təmir olunub, yenidən qurulub. ARDNŞ-in digər strukturlarında olduğu kimi “Azərikimya”da may ayından başlayaraq bütün işçilərin hər bir iş günü üçün yemək xərcləri bilavasitə Birlik tərəfindən ödənilməyə başlanılıb. Müəyyən qədər ağır və zərərli sahələrdə çalışan kimyaçılar üçün çoxillik fasilədən sonra yenidən gündəlik olaraq süd və süd məhsulları verilir.
İşə gedib-gələrkən işçilərin nəqliyyat sarıdan bir-çox problemlərlə üzləşdiyi də nəzərə alınıb və onların rahatlığı üçün Birliyin Nəqliyyat İdarəsinə hər biri 25 yerlik olmaqla kondisioneri və isitmə sistemi olan 4 müasir tipli yeni sərnişin avtobusu gətirilərək, xəttə buraxılıb. Eyni zamanda kimya müəssisələrinə gedən yolun illərlə narahatçılıq doğuran böyük bir hissəsi əsaslı təmir edilib.
Qısa bir dövr ərzində müxtəlif idman yarışları və zavodlararası spartakiada, uşaqlar üçün top festivalı keçirilmiş, bütünlüklə sumqayıtlı gənclərdən ibarət olan “Sumqayıt” futbol komandası yaradılıb. İşçilərin istirahəti və müalicəsi üçün dəyərinin böyük hissəsi “Azərikimya” tərəfindən ödənilməklə respublikanın müxtəlif istirahət zonalarına onların yay istirahəti təşkil olunub. Sentyabrda isə müasir tibb avadanlığı, təcili tibbi yardım maşınları və digər vasitələrlə təmin olunacaq yeni təcili yardım stansiyası – Mərkəzi Neftçilər Xəstəxanasının Sumqayıt şöbəsi fəaliyyətə başlayacaq.

826