Səlim Müslümov “paket maaş”dan danışdı
Fond sədri işləyən vətəndaşları belə hallara qarşı birgə mübarizəyə çağırdı
“Dövlət qurumlarda “paket maaş” məsələsi ilə bağlı problemlərin aradan qaldırılması ilin əvvəlindən gündəmdədir. Biz artıq bu sahədə müvafiq monitorinqlər də aparırıq”.
Lent.az-ın məlumatına bu barədə DövlƏt Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov jurnalistlərə açıqlamasında belə deyib. O, qeyd edib ki, hazırda dövlət sektorunda qeyri-leqal əməkhaqqı problemi yoxdur. Lakin özəl müəssisələrdə belə bir problemin olmadığını söyləmək mümkün deyil. Onun sözlərinə bir müddət əvvəl fondun keçirdiyi monitorinqlər zamanı işçilərin maaşın bir hissəsinin rəsmi mühasibatlıq sənədlərində gizlədiyi faktı üzə çıxmışdı: “Bu, əsasən, özəl tibb müəssisələrinə aid idi. Dövlətin 50 faizlik paya malik olduğu Mərkəzi Klinik Xəstəxanada orta aylıq əməkhaqqı təxminən 600 manata yaxın rəqəmlə ifadə olunur. Amma qalan bütün tibb müəssisələrində orta rəqəm 124 manat səviyyəsindədir. Bu fərqi müqayisə edəndə məlum olur ki, özəl sektorda daha böyük yayınmalar var. Bunlar həm işçilərin qeydiyyatdan yayınması, həm də əmək haqqının məbləğinin bir hissəsinin gizlədilməsindən ibarətdir. Bu gün bizim özəl sektorda əməkhaqqının leqallaşdırılması məsələləri ən ciddi problemlərimizdən biridir. Nəticədə Dövlət Sosial Müdafiə Fonduna ödəmələrin məbləği aşağı düşür və buna qarşı hamımız birlikdə mübarizə aparmalıyıq”.
Səlim Müslümov əlavə edib ki, “paket maaş” problemi hansısa bir orqanın məsələsi deyil. Onun sözlərinə görə, bu, bütövlükdə cəmiyyətin problemidir və hər kəs çalışdığı iş yerində buna qarşı mübarizə aparmalıdır: “Nazirlər Kabinetinin birinci rübün yekunlarına dair iclasında da dövlət başçısı bu məsələni bəyan etdi. Hesab edirəm ki, yaxın zamanlarda müvafiq dövlət orqanları ilə birlikdə bu məsələnin həlli istiqamətində xüsusi tədbirlər keçiriləcək”.
Fond sədri xatırladıb ki, nazirlik və komitələr dövlət büdcəsindən maliyyələşən təşkilatlardır və belə təşkilatlara ayrılan vəsait, o cümlədən dövlət qulluqçularının maaşı prezident tərəfindən təsdiq olunur: “Bu cədvəldən kənaraçıxma ola bilməz və ona uyğun həm gəlir vergisinin, həm də məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi təmin olunur. Hazırda bu sahədə əsas problem özəl sektordadır”.
Elxan SALAHOV

670