Bakıdan Gəncəyə velosiped yürüşü
Bu gün Paytaxt Bakıda “Azərbaycan velosiped həftəsi” start götürüb. “Azərbaycan-Avropa Velosiped Yürüşü” adlanan tədbir “Ekologiya ili” çərçivəsində keçirilir.
Lent.az-ın məlumatına görə, yarışda 33 həvəskar velosipedçi, yerli və xarici ekoloqlar, habelə diplomatlar da iştirak edir. Yarışın nizamnaməsinə əsasən, iştirakçıları hər gün 50 kilometr məsafə qət etməklə sentyabrın 6-da Gəncə şəhərində çatmalıdırlar. Ekologiya və Təbii Sərvətlər, Xarici İşlər, İdman və Gənclər nazirlikləri, NATO və Azərbaycandakı Avropa İqtisadiyyat, Sənaye və Ticarət Palatasının birgə təşkilatçılığı ilə keçirilən aksiyanın məqsədi ətraf mühitin qorunmasına diqqəti artırmaqdır. Həmçinin enerji və ərzaq təhlükəsizliyi, sağlam həyat tərzi, ekoloji maarifləndirmə ideyalarının təbliğ edilməsi, həmçinin velosiped idman növünün Azərbaycanda inkişaf etdirilməsi də əsas məqsədlərdəndir.
Yeri gəlmişkən, “Azərbaycan velosiped həftəsi” Azərbaycanda ilk dəfədir.
Elxan SALAHOV

622