Dövlət Baytarlıq Xidmətinə yeni rəis
23 aprel 2010 12:00 (UTC +04:00)

Dövlət Baytarlıq Xidmətinə yeni rəis

Xidmətə bundan sonra Sialə Rüstəmova rəhbərlik edəcək

Bu gün Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinə yeni rəis təyin olunub.


Bu barədə «APA-ECONOMICS»ə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev məlumat verib.


Kənd təsərrüfatı naziri İsmət Abasovun aprelin 23-də imzaladığı əmrlə Dövlət Baytarlıq Xidmətinin rəisi vəzifəsinə Sialə Rüstəmova təyin edilib.

M.Hacıyev bildirib ki, S.Rüstəmova 20 ildən artıq bir müddətdə baytarlıq sistemində çalışıb. S.Ağamalıoğlu adına Baytarlıq İnstitutunu bitirən S.Rüstəmova 1989-2009-cu illərdə Azərbaycan Bioloji Kombinatında mikrobioloq, şöbə müdiri və direktor vəzifələrində işləyib. Ötən il sentyabr ayının 15-dən isə Dövlət Baytarlıq Xidmətinin Respublika Baytarlıq Laboratoriyasının direktoru vəzifəsində çalışıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 738

Oxşar yazılar