Azərbaycanda Xəzərin suyundan içməli su kimi istifadə ediləcək
Bu istiqamətdə artıq pilot layihələr həyata keçirilir
Xəzər dənizinin suyunun şirinləşdirilərək içməli su kimi əhaliyə verilməsi üçün artıq pilot layihələr həyata keçirilir.
APA-nın məlumatına görə, bu barədə ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyev bildirib. Onun sözlərinə görə, dəniz suyunun şirinləşdirilməsi üçün təmizləyici qurğuların quraşdırılmasına başlanılıb: “Azərbaycan Dövlət Neft Şirkəti hazırda Çilov adasında belə bir qurğu quraşdırıb. Həm orada yaşayan əhali, həm də müəssisələr bu sudan istifadə edəcəklər. Hazırda müxtəlif yerlərdə belə qurğuların quraşdırılması gözlənilir. Harada içməli su və suvarma problemi kəskin şəkildə durursa, orada bu qurğular quraşdırılacaq”.
N.Quliyev bildirib ki, şirinləşdirilən Xəzər suyu ekoloji cəhətdən tam təmiz olacaq: “Əgər biz onu içməli su kimi əhaliyə veririksə, bu suya bütün müvafiq orqanlar tərəfindən rəylər verilir. Həmin su standartlara cavab verməsə, əhaliyə içmək üçün məsləhət də görülməz. Biz əhalimizin düşməni deyilik ki...”

492