Nazir təhsilhaqqının artırılmasından danışdı
21 aprel 2010 19:30 (UTC +04:00)

Nazir təhsilhaqqının artırılmasından danışdı

Misir Mərdanov: “Ali məktəblər kifayət qədər muxtariyyət hüququna malikdirlər”

“Təhsil Nazirliyi təhsilhaqqının artırılması, yaxud da aşağı salınmasında iştirak etmir. Dövlət təhsil müəssisələrində bu məsələni Tarif Şurası müəyyənləşdirir, özəl təhsil müəssisələrində isə qiymətləri həmin ali məktəblər özləri müəyyən edir”.

Lent.az-ın məlumatına görə, təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında belə deyib. Onun sözlərinə görə, ali məktəblər bu gün Azərbaycanda kifayət qədər muxtariyyət hüququna malikdirlər. Ona görə də ali məktəblərin problemləri ilə daha çox o məktəbləri idarə edən insanlar məşğul olur.

Misir Mərdanov ali məktəblərdə təhsil haqlarının artırılmasının indiki vəziyyətdə düzgün olmadığını da əlavə edib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 420

Oxşar yazılar