İstanbulda qondarma soyqırım qurbanları “anılacaq”
Bir qrup “ziyalı” aprelin 24-də aksiya keçirəcək
Türkiyədə 24 aprel – qondarma “erməni soyqırımı” münasibətilə anma mərasimləri keçiriləcək. Lent.az-ın “habertürk”ə istinadən verdiyi məlumata görə, ziyalı olduğu iddia edilən bir qrup türk “Taksim” meydanında “Dur de” adlı anma mərasimi təşkil edəcək. Tədbirin aprelin 24-ü saat 19.00-da keçiriləcəyi bildirilir.
Aksiyaya çağırışla bağlı “buacihepimizin.com” saytında imza toplanılır. İmza atanlar arasında Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın və Tələt Paşanın adları göstərilib. Ərdoğanın peşəsi olaraq “diktator”, Tələt Paşanın peşəsi olaraq isə “tehcirçi” (deportasiyaya məruz qoyan) göstərilib.
Bundan başqa, İnsan Haqları Dərnəyi (İHD) adlı təşkilat da anma mərasimi keçirəcəyi barədə açıqlama yayıb. Həmin qurum tədbirin aprelin 24-ü saat 13.30-da keçirməyi planlaşdırdığını açıqlayıb. İHD iddia edir ki, 1915-ci ildə 220 nəfər erməni ziyalısı tutularaq, İstanbuldakı Haydarpaşa vağzalında qatarlara mindirilərək Anadoluya aparılıb. İddiaya görə, həmin ermənilər öldürülüb, onlardan yalnız bəziləri sağ qalıb. İHD anma mərasimini Haydarpaşa stansiyasında keçirəcəyini açıqlayıb.
Yeri gəlmişkən, erməni mətbuatı Türkiyədəki anma mərasimlərinə geniş yer verib. Erməni jurnalistlər bu xəbərləri “Türk ziyalıları “soyqırım bizim dərdimiz” deyir”, “Türk ziyalıları Türkiyəni soyqırımı anmağa çağırır” və s. bu kimi başlıqlarla təqdim edib.

Oxşar yazılar

BÜRCLƏRİN ərə getmək istəməyən qadınları: Qız qalmaq RİSKİ
13 mart 2025 , 08:08
Market rəflərində gizli təhlükə – Hər gün nə yeyirik? - VİDEO
13 mart 2025 , 02:01
Martın 13-dən nağıllardakı kimi yaşamağa başlayacaq BEŞ BÜRC: Hamı onlara həsəd aparacaq
13 mart 2025 , 00:01
Bakını bürüyən duman haradan gəlir? - VİDEO
12 mart 2025 , 23:47
Ramazan ayının 13-cü gününün DUASI
12 mart 2025 , 22:00Naxçıvanda icra başçısına yeni müavin təyin olundu
12 mart 2025 , 21:07
Şahin Bağırova yeni müavin təyin edildi - SƏRƏNCAM
12 mart 2025 , 20:12