Azərbaycan-Avropa velosiped yürüşü başlayır
Bu gün Bakıda “Azərbaycan-Avropa Velosiped Yürüşü” start götürür. 2010-cu il “Ekologiya ili” çərçivəsində baş tutan bu aksiya ictimaiyyətin diqqətini ətraf mühitin qorunmasına yönəltmək məqsədi ilə təşkil olunub. Bu maraqlı tədbirin təşkilində əsas məqsəd ətraf mühitin təhlükəsizliyi, sağlam həyat tərzi, ekoloji maarifləndirmə ideyalarının təbliği, həmçinin velosiped idmanının Azərbaycanda dəstəkləndiyini nümayiş etdirməkdən ibarətdir.
“Azərbaycan Velosiped Həftəsi” çərçivəsində baş tutan bu aksiyaya 14 ölkədən 32 iştirakçı qatılır. 11 yerli idmançımızın iştirak etdiyi yürüş Bakıdan start götürməklə Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Göyçay rayonlarından, Mingəçevir şəhərindən keçərək sentyabrın 6-da Gəncədə başa çatacaq. Yürüş iştirakçıları akiya boyunca ölkəmizin gözəl təbiətini seyr edəcək, adı çəkilən yaşayış məntəqələri ilə tanış olacaq, həmin yerlərdə təşkil olunan ekoloji mövzularda müzakirələrə qatılacaqlar. Yürüşün sonunda velosipedlər Azərbaycan Velosiped İdmanı Federasiyasına hədiyyə ediləcək və konsert proqramı təşkil olunacaq.
Bu önəmli aksiya Azərbaycanın bir sıra dövlət orqanları - Xarici İşlər, Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, NATO və Azərbaycandakı Avropa İqtisadiyyat, Sənaye və Ticarət Palatasının birgə təşkilatçılığı ilə baş tutur.
Yürüşün sponsoru qismində “Azercell Telekom” MMC çıxış edir. Ekoloji təhlükəsizliyin təminatının Azərbaycan üçün prioritet məsələlərdən biri olduğunu nəzərə alan “Azercell” daim bu cür aksiyaların təşkilinə yardım göstərir.
“Azercell” bu vaxta qədər də idmanın inkişafına dəstək verən bir çox layihələrə, xeyli idman yarışları və turnirlərə sponsorluq edib. Azərbaycan idmanı ilə həm peşəkar, həm də həvəskar səviyyədə məşğul olan idmançılara dəstək olmağı özünə borc bilən “Azercell” 2005-ci ildə Bədii Gimnastika üzrə Dünya Çempionatı ilə yanaşı, Azərbaycan-Türkiyə İş Adamları Birliyinin təşkilatçılığı ilə keçirilən futbol turnirinə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin voleybol klubuna da hərtərəfli dəstək verib.
Futbol üzrə milli yığmamızın və basketbol yığmasının əsas tərəfdaşı olan “Azercell Telekom” MMC həm də Sinqapurda Yeniyetmələrin I Yay Olimpiadasına telekommunikasiya sponsorluğunu həyata keçirib. Şirkət həm də “Rabitə Bakı” qadın voleybol komandasının sponsorudur. “Azercell”in dəstəyi ilə bu müddət ərzində komanda çoxsaylı uğurlara imza atıb.
Bu və qeyd olunmayan digər misallar da göstərir ki, “Azercell” ölkəmizdə idman sahəsinə, müxtəlif idman növlərinin inkişafına daim qayğı nümayiş etdirir. Şirkət bundan sonra da milli idmanımızın inkişafına öz töhfəsini verəcək, bu cür layihələrin reallaşması üçün yardımını əsrigəməyəcək.

774