Misir Mərdanov: “Ali məktəblərin yataqxanaları söküləcək”
“Mənim məlumatıma görə, ilk növbədə Bakı Dövlət Universitetinin yataqxanaları boşaldılacaq”.
Lent.az-ın verdiyi məlumata görə, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında söyləyib.
Misir Mərdanov bildirib ki, məcburi köçkünlər yataqxanalardan çıxarıldıqdan sonra ali məktəblərin həmin yataqxanalar tamamilə söküləcək və yerində müasir tələblərə cavab verən tələbə şəhərcikləri yaradılacaq: “Hazırda məcburi köçkünlərin məskunlaşdıqları yataqxanalar bərbad vəziyyətdədir. Orada tələbələrin məskunlaşması üçün heç bir şərait yoxdur. Həmin binaların təmir edilməsi dövlət büdcəsinə ziyan verə bilər, çünki təmirdən sonra belə bu binalardan uzun müddət istifadə etmək mümkün olmayacaq”.
Xatırladaq ki, Azərbaycan Respublikası prezidenti İlham Əliyevin sərəncamı ilə bu il ali təhsil müəssisələrinin yataqxanalarında məskunlaşan məcburi köçkünlərin köçürülməsi məqsədi ilə 700 ailə üçün yaşayış binasının tikilməsi nəzərdə tutulub.
Elxan Salahov

611