Nizami Gəncəvinin məqbərəsi uça bilər
Dövlət məqbərənin təmiri üçün vəsait ayırıb
Dahi Azərbaycan şairi Nizami Gəncəvinin doğma şəhərindəki məqbərəsi uça bilər. Artıq məqbərənin müxtəlif yerlərində çatlar əmələ gəlib. Bunun da səbəbi məqbərənin bünövrəsinin qoyuluşunda onun daha yüksəkdə durması üçün tökmə torpaqdan istifadə olunmasıdır. Yüksək sürətli avtomobillərin, xüsusən ağır tonnajlı maşınların məqbərənin yaxınlığından keçməsi bu təhlükəni daha da artırır.
Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mina Məlikovanın Lent.az-ın Gəncəbasar müxbirinə verdiyi məlumata görə, hər il Nizami Gəncəvinin məqbərəsi restavrasiya olunur. Bu il də Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ayrılan vəsaitin bir hissəsi məqbərənin təmirinə yönələcək. Bu isə onun uçma təhlükəsini tədricən aradan qaldıracaq. Abidənin təmir işlərinə təxminən bir aya başlanılmalıdır.
Nizami Gəncəvinin məqbərəsini il ərzində təxminən 35000-ə yaxın insan ziyarət edir. Onların əksəriyyəti əcnəbilərdir.
Vüsalə Cənnətova

889