1,3 ton yararsız məhsul məhv edilib - SİYAHI
01 mart 2010 20:30 (UTC +04:00)

1,3 ton yararsız məhsul məhv edilib - SİYAHI

Monitorinq zamanı Bakı, Gəncə, Quba və Şəkidəki mağazalarda yararsız mallar aşkarlanıb

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin ticarət mərkəzlərində apardığı monitorinqlərin nəticəsini açıqlayıb. Bu dəfəki yoxlamalar Bakı və Gəncə şəhərlərində, Quba və Şəki rayonlarını əhatə edib.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, monitorinq zamanı 2 şəhər və 2 rayon mərkəzində 19 mağazanın hər birində istifadə müddəti ötmüş yararsız məhsullar aşkarlanıb. Mağazaların böyük əksəriyyəti yenə də paytaxt Bakının payına düşür. Həmin mağazaların siyahısı və yerləşdiyi ünvanlar belədir:

Bakı şəhər, Nəsimi rayonu:
- Mirəli Qaşqay küçəsi, ev 10, mənzil 8 ünvanında Nurəhməd Ramazanova məxsus mağaza;
- M.Rəfili küçəsi, ev 17, mənzil 5 ünvanında Elşad Qurbanova məxsus mağaza;
- H.B.Əliyev küçəsi, ev 4 ünvanında Fəxrəddin Əhmədova məxsus mağaza;
- M.Qaşqay küçəsi, ev 54, mənzil 34 ünvanında “Jalə ticarət mərkəzi”;
- M.Rəfili küçəsi, 15 ünvanında Zaur Kazımova məxsus mağaza;
- R.Behbudov küçəsi, ev 27 ünvanında “Həyat” MMC-yə məxsus “Həyat market”;
- C.Hacıbəyli küçəsi, 39 ünvanında Əmrah Ağayevə məxsus mağaza;
- S.Rəhimov küçəsi, ev 195 ünvanında yerləşən “Real market”;
- Azadlıq prospekti, ev 56, mənzil 7 ünvanında Ağasəf Eyvazova məxsus mağaza;
- R.Behbudov küçəsi, ev 27, mənzil 20 ünvanında “Dilşad market”;
- S.Zeynalov küçəsi, 2A ünvanında Fazil Mirzəyevə məxsus ərzaq malları mağazası;

Nizami rayonunun Keşlə qəsəbəsi:
- Sabir küçəsi, ev 31 ünvanında yerləşən “Əbülfət market”;
- Sabir küçəsi, ev 11 ünvanında Aydın Yəhyayevə məxsus mağaza;

Binəqədi rayonunun Rəsulzadə qəsəbəsi:
- Azadlıq prospekti,157 ünvanında Emin Allahverdiyevə məxsus mağaza;
- Azadlıq prospekti, 203 ünvanında yerləşən “Darya minimarket”;
- R.İsmayılov küçəsi, ev 8 ünvanında Şirinxanım Gülməliyevaya məxsus mağaza;
Gəncə şəhərində:
- 2 nömrəli “Kəpəz” bazarı ətrafında Qeyrət Kərimova məxsus ərzaq malları mağazası;

Quba şəhərində:
- M.Füzuli küçəsində yerləşən “Pətək” pərakəndə ticarət mağazası;

Şəki şəhərində:
- M.Ə.Rəsulzadə küçəsində İlham Ramazanova məxsus ərzaq mağazası.

Monitorinq zamanı ümumi çəkisi 1,3 tondan çox saxlama müddəti ötmüş və etiketlənməsi normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq məhsulları satışdan çıxarılıb. Kolbasa məmulatları, makaron və un məmulatları, süd və süd məhsulları, qənnadı məmulatları, bal, yağlar, konservləşdirilmiş məhsullar, quru meyvələr, pivə, mineral sular, sərinləşdirici içkilər, şirələr, uşaq yeməkləri və digər məhsullardan ibarət saxta məhsulların hamısı məhv edilib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 470

Oxşar yazılar