Gəncəli alim BMT-nin mükafatına layiq  görülüb
24 fevral 2010 12:30 (UTC +04:00)

Gəncəli alim BMT-nin mükafatına layiq görülüb

Bununla bağlı tədbir keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimi, professor Amin Babayev Birləşmiş Millətlər Təşkilatının Lomonosov adına mükafatına layiq görülüb. Lent.az-ın Gəncəbasar müxbirinin verdiyi məlumata görə, bu münasibətlə Azərbaycan Dövlət Aqrar Universitetində tədbir düzənlənib.

Tədbirdə 40 ildən artıqdır ekologiya və ətraf mühitin qorunması sahəsində elmi fəaliyyətinə görə mükafata layiq görülən alim həmkarları tərəfindən təbrik edilib. Qeyd olunub ki, ekologiyanın qorunması üçün bir sıra layihələrin də müəllifi olan Amin Babayev Azərbaycandan bu mükafata layiq görülən ilk alimdir.

Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 490

Oxşar yazılar