Lerikin 102 kəndi hələ də işıqsız qalıb
22 fevral 2010 13:30 (UTC +04:00)

Lerikin 102 kəndi hələ də işıqsız qalıb

Dünən gecə saatlarından Lerik rayonunda əsən güclü külək nəticəsində tamamilə işıqsız qalan rayonun elektrik təsərrüfatındakı fəsadlar tədricən aradan qaldırılır. Lerik rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikovun Lent.az-ın bölgə müxbirinə verdiyi məlumata görə, hazırda Lənkəran-Hamarat-Lerik və Masallı Telavar-Lerik yüksək gərginlikli hava xətlərindəki nasazlıqlar qismən həll edilib, xətlərin bir hissəsi birləşdirilib: “Nəticədə, bu saatlarda Lerik şəhərinin 70 faizinə, rayonun 60-a yaxın yaşayış məntəqəsinə elektrik enerjisinin verilişi bərpa edilib. Qalan 102 yaşayış məntəqəsinə isə enerjinin verilişi istiqamətində görülən işlər sabah davam etdiriləcək”.

Komissiya sədrinin sözlərinə görə, külək əsən kimi rayonda enerji probleminin yaranmasının əsas səbəbi rayonun elektrik təsərrüfatının ötən əsrin 60-cı illərində qurulması və istismar müddətini çoxdan başa vurmasıdır: “40 ildən çox keçməsinə baxmayaraq, indiyədək bu sahədə əsaslı təmir-bərpa işləri aparılmayıb. “Azərenerji” Açıqtipli Səhmdar Cəmiyyətinin “Şirvan” yüksək gərginlikli elektrik şəbəkəsi tərəfindən rayona sabah kömək göstəriləcəyi gözlənilir.

Hazırda rayonda külək səngiyib, yağış yağır.

Pərvanə Əli
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 410

Oxşar yazılar