FHN-də ötən ilin yekunlarına dair kollegiya iclası keçirilib
Bu gün Azərbaycanın Fövqəladə Hallar Nazirliyində (FHN) 2009-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.
APA-nın məlumatına görə, iclasda fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ötən il ərzində görülən işlərə dair məruzə ilə çıxış edib.
K.Heydərov bildirib ki, 2009-cu ildə nazirliyin strukturunun təkmilləşdirilməsi, maddi-texniki və normativ hüquqi bazanın möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilib. Tikintidə təhlükəsizliyə nəzarətin həyata keçirilməsi məqsədi ilə fiziki və hüquqi şəxslər tərəfindən təyinatından asılı olmayaraq tikinti işləri aparılan 2421 obyektdə tikinti norma və qaydalarının tələblərinin, layihəyə uyğunluğunun, təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsi və digər nəzarətlər aparılıb. Aparılan araşdırmalar nəticəsində 966 obyektdə aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə müvafiq xəbərdarlıq edilib, nöqsanları aradan qaldırmayan 544 obyektin elektrik enerjisi və su təchizatının dayandırılması barədə aidiyyəti orqanlara müraciət olunub.
Hesabat ilində ölkə üzrə qeydiyyata alınmış 77 mindən artıq müxtəlif təyinatlı obyektdən 65 minindən çoxunda diqqətli, 39 minində isə nəzarətli yanğın-texniki müayinələr aparılıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün 430 mindən artıq təklif verilib, onlardan 154 mindən çoxunun həyata keçirilməsinə nail olunub. Həmçinin 370 tarix və mədəniyyət abidəsində və 10 turizm-istirahət mərkəzində 600-dən artıq yanğın-texniki və tikinti normalarının tələblərinin pozulması faktları aşkar olunub. Onların aradan qaldırılması üçün aidiyyəti təşkilatlara rəsmi müraciət olunub.
Sənaye və dağ-mədən işlərinin təhlükəsiz görülməsi, bu sahədə baş verə biləcək qəzaların qarşısının vaxtında alınması üçün 2009-cu ildə 4354 müəssisədə 28572 qurğu və avadanlıq üzrə aparılmış texniki müayinələr nəticəsində 13276 pozuntu aşkarlanıb. İstismar qaydalarına əməl olunması məqsədi ilə 2063 rəsmi müraciət olunub, 654 qurğu və avadanlığın istismarı pozuntular aradan qaldırılanadək dayandırılıb, 10392 pozuntunun isə aradan qaldırılmasına nail olunub.
K.Heydərov qeyd edib ki, keçirilmiş baxış zamanı ölkə ərazində aşkar olunmuş 2606 qeyri-standart su qızdırıcısının, 2426 sertifikatı olmayan və nasaz vəziyyətdə istifadə edilən qaz cihazının istismarı dayandırılıb, 3825 rezin boru birləşmələri və 891 layihədən kənar çəkilmiş qaz xətləri, birləşmələri ləğv olunub.
Nazir 2009-cu ildə bir sıra qanunlara əlavə və dəyişikliklərin edildiyini, Nazirlər Kabineti tərəfindən müvafiq normativ sənədlərin təsdiqləndiyini diqqətə çatdırıb. O, daha sonra FHN-in müxtəlif strukturlarının il ərzində həyata keçirdiyi tədbirlər barədə məlumat verib.
Kollegiya iclasında, həmçinin FHN-in 2010-cu il üçün tədbirlər planı təsdiqlənib.
Sonda K.Heydərov Azərbaycan prezidentinin ötən il imzaladığı sərəncamla təltif olunmuş FHN əməkdaşlarına orden-medal və fəxri adları təqdim edib.

456