46467 işsizin 28382 nəfəri münasib işlə təmin olunub
27 yanvar 2010 16:00 (UTC +04:00)

46467 işsizin 28382 nəfəri münasib işlə təmin olunub

Ötən il peşə hazırlığı kurslarına cəlb olunan işsizlərin sayı 2008-ci ildəkindən 42,3 faiz çox olub

Ötən il məşğulluq xidməti orqanları vasitəsilə 28 min 382 nəfər işaxtaran münasib işlə təmin olunub. Bundan başqa 150 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib. İl ərzində iş axtarmaq məqsədilə məşğulluq orqanlarına müraciət edənlərin ümumi sayı isə 46 min 467 nəfər olub.

Lent.az-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsinin rəisi Anar Bədəlbəyli ötən ilin yekunlarına dair bu gün keçirdi mətbuat konfransında belə deyib. O, qeyd edib ki, ötən il ərzində məşğulluq xidməti orqanları tərəfindən 4827 nəfər peşə hazırlığı kurslarına cəlb olunub. Bu isə 2008-ci illə müqayisədə 42,3 faiz çoxdur.

Anar Bədəlbəyli bildirib ki, 2009-cu ildə respublikanın şəhər və rayonlarında keçirilən 56 əmək yarmarkasında 3022 müəssisə 24190 boş iş yerinə işçi axtarıb. Əmək yarmarkaları nəticəsində 8132 nəfər işaxtaran münasib işlə təmin olunub. Bu yarmarkalar vasitəsilə 866 nəfər peşə hazırlığı kurslarına, 419 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb edilib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 448

Oxşar yazılar