DJL 2009-cu ildə söz azadlığının vəziyyəti ilə bağlı monitorinqin nəticələrini açıqlayıb
25 yanvar 2010 15:30 (UTC +04:00)

DJL 2009-cu ildə söz azadlığının vəziyyəti ilə bağlı monitorinqin nəticələrini açıqlayıb

325 fakt qeydə alınıb

Demokratik Jurnalistlər Liqasının 2009-cu il üçün söz və mətbuat
azadlığı sahəsindəki vəziyyətlə bağlı apardığı monitorinqin nəticələri açıqlanıb.

Demokratik Jurnalistlər Liqasından Lent.az-a verilən məlumata görə, 2009-cu il ərzində 325 fakt qeydə alınıb.

242 fakt iddiaların, cinayət işlərinin qaldırılması, rayon, apelyasiya və Ali Məhkəmədə gedən məhkəmə proseslərinin uzun müddət davam etməsi və təkrar gedişi ilə bağlı olub. Ötən il 9 KİV əməkdaşı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və dindirilib.

40 KİV əməkdaşı polislər və mülki şəxslər tərəfindən döyülüb, mənəvi təzyiqlərə və hədə-qorxulara məruz qalıb. 11 fakt KİV-in yayımına qadağalarla bağlı olub, 4 KİV sayı texniki səbəblərdən işıq üzü görməyib.

2009-cu ildə 6 KİV əməkdaşına hadisə yerindən informasiya toplamaq imkanı verilməyib. Ötən il 13 müxtəlif fakt da qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 519

Oxşar yazılar