Binəqədi Bələdiyyəsi “Azərpoçt”un filialını məhkəmədə uddu
1 saylı Bakı Yerli İqtisad Məhkəməsində Binəqədi Bələdiyyəsinin “Azərpoçt” Dövlət müəssisəsinin 6 saylı poçt filialına qarşı iddiasına baxılıb. Bu barədə Lent.az-a məhkəmədən məlumat verilib. Məhkəmə bələdiyyənin iddiasını təmin edib. “Azərpoçt” Dövlət müəssisəsinin 6 saylı poçt filialının Binəqədi Bələdiyyəsinə qarşı qaldırdığı qarşılıqlı iddia isə rədd edilib.
Qeyd edək ki, bir neçə il əvvəl Binəqədi Bələdiyyəsi 6 saylı poçt filialına torpaq icarəyə verib. Filial həmin ərazidə inzibati bina tikərək fəaliyyətə başlayıb. Bələdiyyə 2007-ci ildən indiyədək yığılmış icarə haqqını tələb edirdi. İcarə haqqının ümumi məbləği isə 5,3 min manatdır.
“Azərpoçt” Dövlət müəssisəsinin 6 saylı poçt filialı da öz növbəsində qarşılıqlı iddia ilə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinə müraciət etmişdi. Filial bələdiyyəyə borcunun olmadığını iddia edirdi.
Pərvin ABBASOV

741