De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi yaradılır
Baş nazir bununla bağlı qərar imzalayıb
Nazirlər Kabineti Təhsil Nazirliyinin nəzdində təsərrüfathesablı De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin yaradılması haqqında qərar verib.
Lent.az-ın məlumatına görə, Baş nazir Artur Rasizadənin imzaladığı qərarda yeni idarənin yaradılması "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)"nın icrasının təmin edilməsi məqsədilə izah olunur. Qərara əsasən, De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi Təhsil Nazirliyinin nəzdindəki İşçi Qrupun bazasında yaradılır.
Qərarda Təhsil Nazirliyinə De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin yerləşdirilməsi məsələsini həll etmək, idarənin strukturunu və xərclər smetasını hər il Maliyyə Nazirliyi ilə razılaşdırmaqla təsdiqləmək tapşırılır.
Elxan SALAHOV

1505