Keçən il 32 nəfər mina və partlamamış hərbi sursatların qurbanı olub
14 yanvar 2010 16:30 (UTC +04:00)

Keçən il 32 nəfər mina və partlamamış hərbi sursatların qurbanı olub

2009-cu il ərzində 24 hadisə nəticəsində 32 nəfər mina və partlamamış hərbi sursatların qurbanı olub.

Minalar əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanovun Lent.az-a verdiyi məlumata görə, 7 hadisə Milli Ordu ilə bağlı olub, nəticədə üç əsgər həyatını itirib, beş əsgər müxtəlif dərəcədə yaralanıb.


Mina və partlamamış hərbi sursatların qurbanı olmuş şəxslərin 3 nəfəri qadın, 29 nəfəri kişidir. Bədbəxt hadisələrin baş verməsinə ən çox piyadalar əleyhinə minalar və partlamamış hərbi sursatlar səbəb olub. Tank əleyhinə minalarla bağlı 7 hadisə qeydə alınıb.

2009-cu ildə baş vermiş hadisələr Bakı şəhərində, Füzuli, Tərtər, Ağcabədi, Ağdam, Ağstafa, Xocavənd, Göygöl, Qazax, Daşkəsən və Tovuz rayonlarının ərazisində qeydə alınıb.

Ümumiyyətlə, 2008-ci il ilə müqayisədə 2009-cu ildə mina və partlamamış hərbi sursatların qurbanlarının sayı artıb. 2008-ci ildə Minalar əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyi 19 hadisə nəticəsində 23 mina və partlamamış hərbi sursatların qurbanı qeydə alıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 564

Oxşar yazılar