Özəl universitetlərin imtahanlarının monitorinqi aparılacaq
12 yanvar 2010 18:00 (UTC +04:00)

Özəl universitetlərin imtahanlarının monitorinqi aparılacaq

“Tələbələrin Beynəlxalq Əməkdaşlığı” Təhsil Nazirliyilə razılaşıb

“Tələbələrin Beynəlxalq Əməkdaşlığı” İctimai Birliyi özəl ali məktəblərdə imtahanların monitorinqini aparacaq. Bu barədə Lent.az-a təşkilatın sədri Elnur Məmmədov məlumat verib.
Onun sözlərinə görə, Təhsil Nazirliyi ilə əldə olunmuş razılığa əsasən təşkilatın monitorinq qrupunun üzvləri nazirlik nümayəndələri ilə birlikdə ali məktəblərdə keçirilən imtahanlarda iştirak edəcəklər. Sememstrin sonunda monitorinqin nəticələri ilə bağlı hesabat hazırlanacaq və ictimaiyyətə məlumat veriləcəkdir. Monitorinqə yanvarın 13-də rəsmən start veriləcək.

Qeyd edək ki, “Tələbələrin Beynəlxalq Əməkdaşlığı” İctimai Birliyi qış semestri ilə əlaqədar “Qaynar Xətt” xidməti təşkil edib (Telefon: 012 417 23 16, email: qaynarxett@gmail.com). Tələbələr semestr ərzində problemləri ilə bağlı “Qaynar Xətt”ə müraciət edə bilərlər.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 570

Oxşar yazılar