Soyuqlar qrip gətirir
25 avqust 2010 17:19 (UTC +04:00)

Soyuqlar qrip gətirir

“Azərbaycanda qrip epidemiyası yoxdur və belə bir ehtimal da gözlənilmir. Havaların soyuması, mövsüm dəyişikliyi ilə əlaqədar insanlar, xüsusilə də yaşlılar və uşaqlar arasında xəstələnmə halları mümkündür. Amma bu, kütləvi xarakter daşımır”.

Nazirliyin Sanitar-Epidemioloji Nəzarət İdarəsinin rəisi Viktor Qasımov son günlər Bakıda qrip xəstəliyinin adətən, mövsüm dəyişikliyi dövründə qripdən əziyyət çəkənlərin sayı artır. Buna səbəb isə hava şəraitinin dəyişkən keçməsidir. Onun sözlərinə görə, özündə qrip xəstəliyinin əlamətlərini hiss edən vətəndaşlar yaşadıqları ərazidəki poliklinikaya müraciət etməlidir.

Viktor Qasımov son illər ölkədə qrip xəstəliyinə yoluxma hallarında azalma tendensiyasının davam etdiyini bildirib. Onun sözlərinə görə, artıq Azərbaycanda hər kəs yerli poliklinikalara müraciət etməklə qripə qarşı pulsuz peyvənd oluna bilər.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1332

Oxşar yazılar