Nazirlik “GE Petrol” firmasını cərimələdi
25 avqust 2010 16:41 (UTC +04:00)

Nazirlik “GE Petrol” firmasını cərimələdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Qaradağ rayonu Xəzər sahili ərazidə bərk məişət tullantılarının qanunamüvafiq qaydada idarə olunması vəziyyətini yoxlamaq məqsədilə reyd keçirilib.


Lent.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Qaradağ rayonu ərazisində fəaliyyət göstərən “GE Petrol” firmasında formalaşan bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə firma hüquqi şəxs qismində inzibati qaydada 2000 manat məbləğində cərimə olunub.


Qaradağ rayonu Xəzər sahili ərazidə bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə “Meduza” iaşə obyektinin iş icraçısı A.Süleymanov, “Laçın” İKF-nin iş icraçısı L.Qazaxov, “Ruzi” iaşə obyektinin iş icraçısı X.Məmmədov və “4/4” iaşə obyektinin iş icraçısı S.Əliyev hər biri fiziki şəxs qismində inzibati qaydada 500 manat məbləğində cərimə edilib.


Qaradağ rayonu Xəzər sahili ərazidə fəaliyyət göstərən iaşə obyektində formalaşan bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə iş icraçıları X.Yunusov və N.Quliyev hər biri fiziki şəxs qismində inzibati qaydada 500 manat məbləğində cərimə olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 703

Oxşar yazılar