Vakant dövlət vəzifələri tutuldu
25 avqust 2010 15:04 (UTC +04:00)

Vakant dövlət vəzifələri tutuldu

Vakant dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən növbəti müsabiqə başa çatıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, fevralın 5-də 42 dövlət orqanında 771 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan etmişdi. Müsabiqənin test imtahanı mərhələsi iştirak etmək üçün 4111 (966-sı qadın, 3145-i kişi) namizəd qeydə alınmışdı. Onlardan 1334 nəfəri (bütün namizədlərin 32,45 faizi) qanunvericiliyə müvafiq olaraq müsabiqənin test imtahanı mərhələsini uğurla başa vurmuşdur. Test mərhələsini uğurla başa vuran namizədlərdən 340 nəfəri 6 və ya 7-ci, 414 nəfəri isə 8 və ya 9-cu təsnifat inzibati vəzifələr üzrə keçid balını toplamışdı. 580 namizəd 6 və ya 7-ci təsnifat inzibati vəzifələrə iddia etsə də, bu vəzifələr üzrə keçid balını toplamayıb. Lakin həmin iddiaçılar 8 və ya 9-cu təsnifat inzibati vəzifələr üzrə keçid balını toplaya bilib. Namizədlərdən 608 nəfəri test imtahanında iştirak etməyib.

Test imtahanı mərhələsini uğurla keçən namizədlər üçün müsabiqənin müsahibə mərhələsi mayın 25-dən başlayıb və avqustun 24-də başa çatıb. 1334 namizəddən 395-i bu mərhələni uğurla başa vurub.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1016

Oxşar yazılar