Bu il ali məktəblərə sənəd qəbulu azalıb
2009-cu ildə ali məktəblərə sənəd verən abituriyentlərin sayı əvvəlki illə müqayisədə 3645 nəfər azalıb. Bu il qəbul imtahanlarında iştirak etmək üçün 112875 abituriyent sənəd verib və onların 48,80 faizini oğlanlar, 51,20 faizini isə qızlar təşkil edib.
Lent.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə 2009-2010-cu tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə həsr olunmuş mətbuat konfransında belə deyib. O qeyd edib ki, bu il ali məktəblərə sənəd verən abituriyentlərin sayının aşağı düşməsi orta məktəb məzunlarının sayının az olması ilə əlaqədardır. Onun sözlərinə görə, 2009-cu ildə orta ümumtəhsil məktəblərinin 108271 məzunu olub, onların 66619 nəfəri ali məktəblərə sənəd verib. Ali məktəblərə qəbul imtahanlarında 107347 nəfər, magistraturaya 14711 nəfər (I tur imtahanında) və 6294 nəfər (II tur imtahanında ), əsas təhsil bazasında texnikumlara qəbul imtahanlarında isə 26062 nəfər iştirak edib.
Məleykə Abbaszadə xatırladıb ki, bu il ali məktəblərə qəbul üçün 29030 plan yeri ayrılmışdı. Qəbul planı 96,48 faiz dolub. Son qəbul imtahanında 3830 nəfər magistraturaya, 28009 nəfər bakalavriaturaya, 6406 nəfər orta təhsil bazasından, 8979 nəfər isə əsas təhsil bazasından texnikumlara daxil olub.
Elxan SALAHOV

1082