Səlim Müslümov təzə işçilərini qəbul edib - FOTO
25 avqust 2010 13:04 (UTC +04:00)

Səlim Müslümov təzə işçilərini qəbul edib - FOTO

Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın keçirdiyi sonuncu müsabiqədə uğur qazanaraq fonda işə qəbul olunan şəxslərlə görüş keçirilib.

Fondun ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev Lent.az-a bildirib ki, görüşdə qurumun sədri Səlim Müslümov çıxış edib. DSMF sədri vurğulayıb ki, ölkədə həyata keçirilən islahatlar nəticəsində mükəmməl dövlət idarəetmə sistemi yaradılıb, vətəndaşların hüquq və azadlıqlarının qorunması və həyata keçirilməsi üçün bütün zəruri təsisatlar formalaşıb.

Səlim Müslümov deyib ki, hazırda Azərbaycanda çalışan təxminən 27 mindən artıq dövlət qulluqçusunun 10 faizi DSMF-də fəaliyyət göstərir. DSMF sədri əlavə edib ki, sonuncu dəfə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya Fond üzrə vakant dövlət qulluğu vəzifələrinin müsabiqə yolu ilə tutulması üçün 61 yer təklif edilmişdi. Həmin vakant yerlər üzrə 188 nəfər müsabiqənin test mərhələsində iştirak edib. İştirakçıların 45 nəfəri test mərhələsini keçsə də, onlardan yalnız 20 nəfəri müsahibə mərhələsində uğur qazanıb: “Biz qərara gəldik ki, hər iki mərhələni keçənlərin hamısı DSMF-də işlə təmin olunsun. Yəni baxmayaraq ki, bəzi 1 vakant yerlərə 3 nəfər qəbul olunub, onlar ehtiyata yox, öz arzuları ilə digər boş yerlərə işə götürülsün. Bununla da DSMF, ötən illərdə olduğu kimi, müsabiqənin test və müsahibə mərhələlərini müvəffəqiyyətlə keçərək Fonda qəbul olunan şəxslərin hamısının işlə təmin olunması ənənəsinə sadiq qalıb”.

Fonda işə yeni qəbul olunan şəxslərə tapşırıq və tövsiyələrini verən Səlim Müslümov vurğulayıb ki, ölkə başçısı dövlət qulluqçularının qarşısında həmişə insanlara qarşı diqqətli olmaq, xalqa xidmət göstərmək tapşırığını qoyub: “Hamınız bilməlisiniz ki, dövlət qulluqçusu adı, onu daşıyanların üzərinə əlavə məsuliyyət qoyur. Ümid edirəm ki, bu məsuliyyəti dərk edərək, daşıyacağınız dövlət qulluqçusu kimi şərəfli ada layiq olduğunuzu məhz öz fəaliyyətinizlə sübut edəcəksiniz”.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1427

Oxşar yazılar