Ədliyyə naziri Gəncədə olub
Gəncədə Ədliyyə Nazirliyinin Regional Ədliyyə şöbəsi üçün yeni bina istifadəyə verilib
Gəncədə Ədliyyə Nazirliyinin Regional Ədliyyə şöbəsi üçün yeni bina istifadəyə verilib. Lent.az-ın Gəncəbasar müxbirinin verdiyi məlumata görə, binanın açılışı ilə bağlı təşkil olunan tədbirə ədliyyə naziri Fikrət Məmmədov da qatılıb.
Gəncə şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovun da iştirak etdiyi tədbirdə nazirin diqqətinə çatdırılıb ki, qazanxana, mini ATS, transformatoru olan yeni inşa olunmuş bina 8 sot ərazini əhatə edir, 4 mərtəbədən, 20 otaq, konfrans zalından ibarətdir. Tikili lazımi avadanlıqlarla təmin edilib və müasir tələblərə cavab verir.
Ədliyyə naziri Fikrət Məmmədov çıxışında qeyd edib ki, yeni inzibati binanın istifadəyə verilməsi yerlərdəki ədliyyə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, onların işinə nəzarətin həyata keçirilməsi, bələdiyyələrə inzibati nəzarətin aparılması işini həyata keçirən şöbənin fəaliyyətinə müsbət təsir göstərəcək. Şöbənin nəzarət dairəsinə Gəncə ilə yanaşı, Göygöl, Daşkəsən, Naftalan, Samux, Goranboy da daxildir. Nazir Fikrət Məmmədov daha öncə Ədliyyə Nazirliyinin Şəkidəki Regional Ədliyyə şöbəsi üçün yeni binanın istifadəyə verildiyini də diqqətə çatdırıb. Daha bir inzibati binanın Şirvanda da açılışı olacaq.
Vüsalə Cənnətova

659