Daha 28 dini icmaya şəhadətnamə təqdim edildi
Onların arasında Alban-Udin Xristian Dini İcması, Quba rayonu Qırmız Qəsəbə Dağ Yəhudiləri Dini İcması da var
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dövlət qeydiyyatına alınmış dini icmalara qeydiyyat şəhadətnamələri təqdim olunub. Mərasimdə komitənin rəhbər işçiləri ilə yanaşı ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən dini icmaların nümayəndələri iştirak edib.
Lent.az-ın məlumatına görə, təqdimat mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov çıxış edərək ölkədəki dini durum barədə məlumat verib. O qeyd edib ki, “Dini etiqad azadlığı haqqında” qanuna edilən dəyişikliklərdən sonra ölkədə fəaliyyət göstərən bütün dini icmaların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayıb. İndiyədək 150-yə yaxın dini icma yenidən qeydiyyatdan keçib və onlara müvafiq şəhadətnamələr təqdim olunub. Onların arasında Alban-Udin Xristian Dini İcması, Quba rayonu Qırmız Qəsəbə Dağ Yəhudiləri Dini İcması və Səbayel rayonundakı Həzrəti-Məhəmməd Məscidi Dini İcması da var.
Hidayət Orucov bildirib ki, hazırda 300-dən çox dini icmanın sənədlərinə baxılır. Bundan başqa, 100-dən artıq dini icmanın sənədləri baxılmaq üçün Qafqaz Müsəlmanları İdarəsinə təqdim olunub. Onun sözlərinə görə, yaxın aylar ərzində hələ 400-dək dini icmanın sənədlərinə baxılacağı gözlənilir.
Təqdimat mərasimindən sonra qeydiyyat şəhadətnaməsi alan dini qurumların rəhbərləri çıxış edərək komitə sədrinə və ölkə rəhbərliyinə onlara yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Elxan SALAHOV

Oxşar yazılar

BÜRCLƏRİN ərə getmək istəməyən qadınları: Qız qalmaq RİSKİ
13 mart 2025 , 08:08
Market rəflərində gizli təhlükə – Hər gün nə yeyirik? - VİDEO
13 mart 2025 , 02:01
Martın 13-dən nağıllardakı kimi yaşamağa başlayacaq BEŞ BÜRC: Hamı onlara həsəd aparacaq
13 mart 2025 , 00:01
Bakını bürüyən duman haradan gəlir? - VİDEO
12 mart 2025 , 23:47
Ramazan ayının 13-cü gününün DUASI
12 mart 2025 , 22:00Naxçıvanda icra başçısına yeni müavin təyin olundu
12 mart 2025 , 21:07
Şahin Bağırova yeni müavin təyin edildi - SƏRƏNCAM
12 mart 2025 , 20:12