“Bakqaz”dan növbəti xəbərdarlıq
23 dekabr 2009 16:25 (UTC +04:00)

“Bakqaz”dan növbəti xəbərdarlıq

İstifadə edilən təbii qazın dəyərinin ödənilməsi barədə Bakı şəhəri Qaz İstismar İdarəsi tərəfindən abonentlərə edilmiş xəbərdarlıq müddəti başa çatdığından Bakının bir çox rayonunda debitor borcu olan əhali abunəçilərinin qaz təchizatı dayandırılır.


Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu ilin dekabr ayı ərzində Bakı şəhəri üzrə 9815 abonentin qaz təchizatı dayandırılıb ki, onların istifadə etdiyi təbii qaza görə yaranmış debitor borcun ümumi məbləği 2 milyon 942 min 819,3 manat təşkil edib.


Əzizbəyov rayon Qaz İstismar Sahəsinin xidmət göstərdiyi ərazidə 1630 abonentin 785 min 454,2 manat, Xətai rayon Qaz İstismar Sahəsinin xidmət göstərdiyi ərazidə 1330 abonentin 144 min 174,5 manat, Binəqədi rayon Qaz İstismar Sahəsinin xidmət göstərdiyi ərazidə 1356 abonentin 360 min 850,6 manat, Qaradağ rayon Qaz İstismar Sahəsinin xidmət göstərdiyi ərazidə 747 abonentin 118 min 310,1 manat, Nəsimi rayon Qaz İstismar Sahəsinin xidmət göstərdiyi ərazidə 595 abonentin 117 min 279,6 manat, Yasamal rayon Qaz İstismar Sahəsinin xidmət göstərdiyi ərazidə isə 557 abonentin 260 min 360,8 manat debitor borcu yaranıb.


Borclu abunəçilərə bildirişlər paylanıb və onların nəzərinə çatdırılıb ki, borcları ödənilməyənə qədər mənzillərinin qaz təchizatı bərpa olunmayacaq. Bakı şəhəri Qaz İstismar İdarəsi bir daha abonentlərə xəbərdarlıq edir ki, istifadə etdikləri təbii qazın dəyərini vaxtında ödəməyəcəkləri təqdirdə, onların qaz təchizatı dayandırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1396

Oxşar yazılar