Bazar günü son imtahandır
24 avqust 2010 10:58 (UTC +04:00)

Bazar günü son imtahandır

Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün sənəd vermiş abituriyentlərin nəzərinə!

Avqustun 29-da, bazar günü 2010/2011-ci tədris ili üçün ali və orta ixtisas məktəblərinə tələbə qəbulu kampaniyası çərçivəsində sonuncu imtahan keçiriləcək. Həmin gün ümumi orta təhsil bazasında (9 illik) kolleclərə keçiriləcək imtahanla kampaniyanın imtahan mərhələsi başa çatacaq.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, abituriyentlər imtahanda iştirak etmək üçün avqustun 25-dən etibarən elektron ərizələrini təsdiq etdirdikləri Sənəd Qəbulu Komissiyasından “İmtahana buraxılış vərəqəsi”ni və “Abituriyentin vəsiqəsi”ni əldə etməlidirlər. Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni, şəxsiyyəti təsdiq edən sənədin əslini və “Abituriyentin vəsiqəsi”ni də özü ilə götürməlidir. Bu sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq. İmtahan binasına köməkçi vasitə gətirmək qəti qadağandır.

TQDK xəbərdarlıq edir ki, buraxılış rejimində üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq, onların imtahan sənədləri alınacaq və imtahan binasına buraxılmayacaqlar.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 854

Oxşar yazılar