Şəkərli diabetdən əziyyət çəkən 30 uşaq Gəncədə olub
24 avqust 2010 10:36 (UTC +04:00)

Şəkərli diabetdən əziyyət çəkən 30 uşaq Gəncədə olub

Bakıdan olan, şəkərli diabet xəstəliyindən əziyyət çəkən 30 uşaq Heydər Əliyev Fondunun dəstəyi ilə Gəncədə olub. Lent.az-ın Gəncəbasar müxbirinin verdiyi məlumata görə, uşaqlar şəhərin mərkəzi meydanında yerləşən mərhum prezident Heydər Əliyevin abidəsini ziyarət edib, Heydər Əliyev muzeyi ilə tanış olub, şəhərin görməli yerlərini gəziblər.

Uşaqlar 15 gün qərb bölgəsində olacaqlar. Məqsəd onların yay tətilinin mənalı keçməsini təşkil etmək, onları Azərbaycanın bölgələri ilə daha yaxından tanış eləməkdir. Balacalar bundan öncə Lənkəranda olublar.

Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 645

Oxşar yazılar