Partlamış su xətti bərpa olunub
Avqustun 16-da Ceyranbatan-Bakı magistral su xəttinin Biləcəri qəsəbəsindən keçən hissəsində baş vermiş qəzanın nəticələri artıq aradan qaldırılıb. Hazırda boru xəttinin tam işə düşməsini təmin etmək məqsədilə digər zəruri tədbirlər görülür.
“Azərsu” Səhmdar Cəmiyyətinin texniki istismar idarəsindən Lent.az-a bildiriblər ki, su xətti dünən axşam saatlarından bərpa olunub və gecə anbarlara suyun verilməsi təmin edilib. Bu gün səhər saatlarından isə Bakının susuz qalan bəzi ərazilərinə suyun verilməsinə başlanıb.
Bununla belə, baş vermiş qəzanın nəticələrini hələ də tam şəkildə aradan qaldırmaq mümkün olmayıb. “Azərsu”da deyirlər ki, tikinti briqadası həm qəza nöqtəsində, həm də boru xəttinin digər ərazilərdən keçən hissələrində texniki müayinələr aparırlar. Su xətti boyunca əlavə problemlər ortaya çıxmasa, yaxın saatlarda paytaxta bütün ərazilərində suyun verilməsi tam şəkildə bərpa olunacaq.
Xatırladaq ki, avqustun 16-da Bakı şəhərinin böyük bir ərazisini içməli su ilə təmin edən magistral su xətti partlayıb. Diametri 1200 millimetr olan borunun partlaması nəticəsində iki gün ərzində Bakının bir neçə rayonunda, o cümlədən mərkəzi hissələrdə su təchizatı dam dayandırılıb. Yalnız bu gün qəzanın nəticələri aradan qaldırıldıqdan sonra bəzi ərazilərdə suyun verilişi qismən təmin olunub.
Elxan SALAHOV

716