Yaxın üç günün hava proqnozu
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin tutulub açılacağı, əsasən gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı, şimal-şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 21-23, gündüz 23-26 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə isti olacaq.
Sabah hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-22, gündüz 26-28 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə isti olacaq.
Avqustun 25-də hava şəraitinin dəyişkən buludlu və əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal–qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-23, gündüz 27-31 dərəcə isti olacaq.
Avqustun 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, cənub-şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 20-23, gündüz 28-31 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında
Avqustun 24-də hava şəraitinin əsasən gündüz yağmursuz, gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 17-22, gündüz 26-31, dağlarda isə gecə 11-13, gündüz 19-24 dərəcə isti təşkil edəcək.
Avqustun 25-26-da hava şəraitinin gündüz yağmursuz, gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 18-23, gündüz 28-33, dağlarda isə gecə 11-15, gündüz 19-24 dərəcə isti olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin tibbi- meteoroloji proqnozuna görə, yaxın 3 gün ərzində Abşeron yarımadasında iqlim normasına yaxın temperatur şəraiti və meteoroloji amillərin zəif və mülayim tərəddüdləri əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Elxan SALAHOV

980