Bakıda baytarlar üçün seminar keçirilir
23 avqust 2010 11:30 (UTC +04:00)

Bakıda baytarlar üçün seminar keçirilir

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin dəstəyi ilə baş tutan tədbirdə İran, Əfqanıstan, Pakistan, eləcə də Mərkəzi Asiya regionuna daxil olan ölkələrin baytarlıq xidmətinin rəhbərləri və milli əlaqələndiricilər iştirak edib.

Lent.az-ın məlumatına görə, iki gün davam edəcək tədbirin açılış hissəsində Dövlət Baytarlıq Xidmətinin rəisi Sialə Rüstəmova çıxış edib. O, bildirib ki, seminar Mərkəzi Asiya Regional şəbəkəsi proqramı çərçivəsində həyata keçirilir. Tədbirdə yüksək patogenli “quş qripi”nin qlobal şərhi, sağlamlığın müdafiəsində regional əməkdaşlıq, Mərkəzi Asiya üzrə nəzarət şəbəkə konsepsiyası və digər məsələlər müzakirə ediləcək. Həmçinin milli əlaqələndiricilərin ölkələrində görülən işlər barəsində təqdimatlarının keçirilməsi də nəzərdə tutulur.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 948

Oxşar yazılar