Zaragoza Cənubi Qafqaz Forumunda plenar sessiyaya rəhbərlik edəcək
29 mart 2013 11:08 (UTC +04:00)

Zaragoza Cənubi Qafqaz Forumunda plenar sessiyaya rəhbərlik edəcək

YUNESKO-nun sabiq Baş direktoru Federiko Mayor Zaragoza mayın 4-5 May 2013cü ildə Mərkəzin Qəyyumlar Şurasının keçiriləcək ali toplantısında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubunun birgə təşkil etdiyi Cənubi Qafqaz Forumunda iştirak edərək əsas plenar sessiyaya rəhbərlik edəcək. Lent.az-ın məlumatına görə, Zaragoza öz cavab məktubunda YUNESKO-nun rəhbəri olduğu dövrdə Heydər Əliyevlə yaranmış xüsusi dost münasibətləri, Azərbaycanın dünya mədəniyyətində oynadığı əhəmiyyətli rol, və son dövrlərdə Azərbaycanın YUNESKO-nun fəaliyyətində, mədəni və tarixi irsin qorunmasında, beynəlxalq layihələrindəki əhəmiyyətli fəaliyyətini vurğulayaraq yenidən bu ölkəyə səfər etmək imkanının olmasından böyük məmnunluğunu vurğulayır.

Qeyd edək ki, Zaragoza 1978-1987 ci illərdə direktor müavini, 1987-1999-cu illərdə YUNESKO-nun rəhbəri olaraq, dünya mədəniyyətində aparıcı simalardan biri olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 362
avatar

Oxşar yazılar