Zakir Qaralovun ABŞ səfirinə ünvanladığı məktuba münasibət bildirildi
29 mart 2013 15:06 (UTC +04:00)

Zakir Qaralovun ABŞ səfirinə ünvanladığı məktuba münasibət bildirildi

 

Azərbaycanın Baş Prokurorluğu Zakir Qaralovun Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfiri Riçard Morninqstara müraciət etməsi barədə məlumatlara münasibət bildirib.

 

Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavabında baş prokuror Zakir Qaralovun Milli Demokratiya İnstitutunun Azərbaycandakı nümayəndəliyinin fəaliyyətində yol verilmiş qanun pozuntuları ilə bağlı ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstara müraciət etdiyini təsdiqləyib.

 

ABŞ-ın Azərbaycandakı səfirliyindən də APA-ya belə bir müraciətin olduğu təsdiqləyiblər. Səfirliyin mətbuat xidmətindən bildirilib ki, məktub baxılması üçün MDİ-yə göndərilib.

 

Səfirlikdən o da bildirib ki, MDİ-nin və onun Azərbaycan nümayəndəliyinin fəaliyyəti vətəndaş cəmiyyətinin Azərbaycanın həyatında aktivliyini və demokratiyanın inkişafını dəstəkləməyə yönəlib.

 

Qeyd edək ki, Baş prokuror Zakir Qaralov ABŞ Milli Demokratiya İnstitutunun (MDİ) Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti ilə bağlı Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morninqstara müraciət edib.

 

Məktubda deyilir ki, mətbuatda nümayəndəliyin işində mövcud olan nöqsanlarla bağlı dərc olunmuş məqalələr cəmiyyətdə böyük ictimai rezonans doğurub. Prokurorluq orqanlarının apardığı araşdırmalar nəticəsində MDİ-nin ölkəmizdəki nümayəndəliyi tərəfindən fəaliyyətinin həyata keçirilməsi zamanı «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında», «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» və «Qrant haqqında» Azərbaycan Respublikasının qanunlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.12.2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş «Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesablarının forması, məzmunu və təqdim edilməsi Qayda»sının tələbləri pozulmaqla, 23.07.2012-ci il tarixə kimi Bakı, Gəncə, Tovuz, Şirvan, Yevlax, Şəki, Xaçmaz və Cəlilabad şəhərlərində ofis və regional məlumat mərkəzlərinin müvafiq qaydada qeydiyyata alınmadan və akkreditə olunmadan fəaliyyət göstərərək qrantlar payladığı, hesabat dövr başa çatdıqdan sonra illik maliyyə hesabatlarının müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsi kimi qanunsuzluq hallarına yol verilib. Nümayəndəliyin rəhbəri Aleks Qriqoryevsin Beynəlxalq Bankda açılmış hesabından 02.03.2010-cu il tarixdən 13.12.2012-ci il tarixə kimi olan dövr ərzində 1.007.990.44 ABŞ dolları məbləğində pul vəsaitinin istifadə olunma təyinatı barədə məlumatlar verilmədən məxaric olunduğu müəyyən edilib.

 

Məlumata görə, Milli Demokratiya İnstitutu pulları nağd şəkildə paylayıb.

 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1883
avatar

Oxşar yazılar