Vüsalə Mahirqızı “ASAN xidmət” mərkəzində
06 fevral 2013 15:11 (UTC +04:00)

Vüsalə Mahirqızı “ASAN xidmət” mərkəzində

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəvəti ilə “APAHoldinq”in prezidenti Vüsalə Mahirqızı “ASAN xidmət” mərkəzinin qonağı olub.


 

APA-nın xəbərinə görə, “APA-Holdinq”in prezidenti Vüsalə Mahirqızı Dövlət Agentliyinin və onun tabeliyində olan 1 nömrəli “ASAN xidmət” mərkəzinin binası və fəaliyyətilə tanış olub. Agentliyin beynəlxalq ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Azad Cəfərli və aparat rəhbəri Nadir Adilov qonağa məlumat verib ki, “ASAN xidmət” mərkəzində 9 dövlət orqanı tərəfindən 23 xidmət  göstərilir. Bildirilib ki, “ASAN xidmət” mərkəzlərinin əsas məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaş məmnunluğunun, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin - “dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir. Buna görə də xidmətlər 4 prinsip əsasında fəaliyyət göstərir ki, bunlara da operativlik, etik davranış, rahatlıq və şəffaflıq daxildir.

 

Məlumat verilib ki, “ASAN xidmət” mərkəzinin -1-ci mərtəbədə gözləmə zalı, 1-ci və 2-ci mərtəbəsində xidmət yerləri, 3-cü mərtəbədə agentliyin administrasiyası, 4-cü mərtəbədə innovasiya mərkəzi, 5-ci mərtəbədə isə 108-“Çağrı” mərkəzi yerləşir. Mərkəzdə vətəndaşların gözləməsi və vaxtını səmərəli keçirməsi üçün funksional yardımçı xidmətlər - uşaq əyləncə mərkəzi, tibb xidməti, qan analizləri laboratoriyası, kafe, bank, poçt şöbələri, foto-studiya fəaliyyət göstərir və xidmət üçün nəzərdə tutulmuş rüsumların ödənilməsi məqsədi ilə pay point, bankomat aparatları yerləşdirilib.

 

“ASAN xidmət” mərkəzinin qonağı olan “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovla da görüşüb. Görüşdə dövlət agentliyi ilə “APA-Holdinq” arasındakı gələcək əməkdaşlıq münasibətləri qarşılıqlı müzakirə edilib. Hər iki tərəf gələcəkdə müəyyən sahələr üzrə əməkdaşlıq etmək barədə ümumi razılığa gəliblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2570
avatar

Oxşar yazılar